Bakıda gecə dəhşəti: Qayın yeznəni qətlə yetirdi
    • 3-12-2023, 09:05
    • 196

Bakıda gecə dəhşəti: Qayın yeznəni qətlə yetirdi



Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən News24 az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən R.Zamanovun qayını, 1980-ci il təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.