-
- 3-12-2023, 15:45
- 277
Millimizin hücumçusu azı 9 aylıq sıradan çıxıb
Azərbaycan millisinin futbolçusu Nazlıcan Parlak əməliyyat olunacaq.
News24.az İdman.biz-ə istinadla xəbər verir ki, Türkiyə Superliqasının X turunda “Fənərbaxça” ilə matçda xəsarət alan “Qalatasaray”lının diz bağları qopub.
O, bu səbəbdən Millətlər Liqasında Kiprlə yığmamızın heyətində də yer almayıb. Parlak gələn həftə əməliyyat ediləcək.
Hüumçunun ən azı 9 ay meydanlardan kənar qalacağı bildirilir.
Qeyd edək ki, Parlak Manə Mollayeva ilə birlikdə milli komandamızın Millətlər Liqasında ən çox qol (2) vuran oyunçusudur.