Ronaldu  Portuqaliya millisinə çağırılmayacaq
    • 4-10-2018, 14:05
    • 1 132

Ronaldu Portuqaliya millisinə çağırılmayacaq

Kriştianu Ronaldu bu ilin sonuna qədər Portuqaliya millisinin oyunlarında iştirak etməyəcək.
 33 yaşlı futbolçu bu ilin yayında transfer olduğu İtaliyanın “Yuventus” klubuna daha tez uyğunlaşmaq üçün bu cür qərar qəbul edib.
Portuqaliya millisinin sentyabr ayındakı Millətlər Liqasının görüşləri üçün heyətə daxil edilməyən forvard, oktyabr və noyabr aylarında da komandadan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Portuqaliya millisi bu il Millətlər Liqasında Polşa, Şotlandiya və İtaliya yığmaları ilə qarşılaşacaq.
//report