Yığmamızın Millətlər Liqasındakı rəqibləri bəlli oldu
    • 3-03-2020, 22:38
    • 1 698

Yığmamızın Millətlər Liqasındakı rəqibləri bəlli oldu


Bu gün UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçirilib. 


News24.az xəbər verir ki, tədbir Niderlandın paytaxtı Amsterdamda baş tutub. 


İkinci dəfə təşkil olunan yarışda Avropanın 55 milli komandası mübarizə aparacaq. İştirakçılar ilk turnirdəki nəticələrinə əsasən dörd – A, B, C və D liqalarına bölünüb.  


Sonuncu dəstədə 7, digərlərində 16 komanda yer alıb. 


Millimiz turnirin C liqasında mübarizə aparacaq. Artıq yığmamızın rəqiblərinin adlarına aydınlıq gəlib.


C liqası 

1-ci qrup 

Azərbaycan

Lüksemburq

Kipr

Monteneqro