Teylor Svift gizlicə ərə gedib?
    • 3-12-2023, 18:30
    • 222

Teylor Svift gizlicə ərə gedib?


Amerikalı məşhur müğənni Teylor Sviftin nümayəndəsi Tri Peyn onun toyu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sənətçinin meneceri ifaçının 2020-2021-ci illərdə Britaniyada Co Elvinlə gizlicə evlənməsi haqda məlumatları təkzib edib:

"Toy olmayıb, bu, əsassız bəyanatdır! Bu cür yazıların səbəb olduğu ağrı və travmaya görə məsuliyyət daşımağın vaxtıdır".

Qeyd edək ki, 2016-cı ildən münasibətə başlayan Elvin və Svift bu il ayrıldıqlarını elan ediblər. Sənətçi hazırda 33 yaşlı futbolçu Travis Kelsi ilə eşq yaşayır. (Axşam.az)