Razi Əliyeva saxta toy edib? - VİDEO
    • 4-12-2023, 12:28
    • 797

Razi Əliyeva saxta toy edib? - VİDEO

Tanınmış model Razi Əliyeva (Raziyyat) Nicat adlı bəylə ailə qurmasını saxta adlandıranlara cavab verib. O sosial mediada iddialara aydınlıq gətirib: 

"Yazdığınız bütün şərhlərinizi oxuyuram. Çoxunuz yazırsınız ki, bəy və nikahım saxtadır. Əgər sizə bu düşüncələrlə yaşamaq rahatdırsa, bu düşüncə ilə də yaşayın. Demək istəyirəm ki, bu gün həyatımın ən xoşbəxt günüdür. Mənə görə sevinən, dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Yaxşı ki, varsınız. Hər kəsə cavab verəcəyəm".

Qeyd edək ki, bir neçə ay əvvəl Razi Əliyeva keçmiş sevgilisi Ziya Hüseynzadənin ona şiddət göstərdiyini, onu ev dustağı etdiyini iddia etmişdi. Polisə müraciət edən model ilə eks-sevgilisinin məhkəməsi davam edir.

Ətraflı RTV-də: