Kuba prezidenti 22 il sonra İranda - VİDEO
    • 4-12-2023, 13:25
    • 123

Kuba prezidenti 22 il sonra İranda - VİDEO

Kuba prezidenti Migel Dias Canel İrana səfər edib.

News24.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bu, Kuba prezidentinin son 22 ildə İrana ilk səfəridir.

Diaz Kaneli Tehrandakı “Səadabad” sarayında İran prezidenti İbrahim Rəisi qəbul edib. Danışıqlardan sonra tərəflər bir sıra saziş və əməkdaşlıq memorandumlarının imzalanmasını, daha sonra mətbuat konfransı keçirməyi planlaşdırırlar.

Ayşən