Həkimlər cərrahiyyə əməliyyatı zamanı dava etdi: BİR-BİRİNƏ ALƏTLƏR ATDI
    • 4-12-2023, 16:20
    • 484

Həkimlər cərrahiyyə əməliyyatı zamanı dava etdi: BİR-BİRİNƏ ALƏTLƏR ATDI

Tatarıstanda Buqulma Mərkəzi Rayon Xəstəxanasında əməliyyat zamanı cərrahla şöbə müdiri arasında dava düşüb. 

News24.az xəbər verir ki, bu barədə "Mash İptash" Telegram kanalı məlumat yayıb.

Buqulma xəstəxanasında iki həkim - cərrah və şöbə müdiri arasında dava bir neçə ildir ki, davam edir. 

Cərrahın dediyinə görə, o, xəstəni əməliyyat edərkən direktor əməliyyat otağına girib tibb bacısının alətlərini götürüb və başqa cərrahın çağırılmasını tələb edib. Lakin həkim bundan imtina edib və işini davam etdirib. Buna qəzəblənən müdir onu vurub. Bundan sonra həkimlər bir-birinə alətlər atıb.

Nəzrin