"Rusiya İlham Əliyevin iştirakını gözləyir" - Lavrov
    • 5-12-2023, 12:27
    • 184

"Rusiya İlham Əliyevin iştirakını gözləyir" - Lavrov

“Rusiya tərəfi Azərbaycan prezidenti İlham Əliyevin MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcəyini gözləyir”.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı bildirib.

“Ayın sonunda, ənənəyə uyğun olaraq, Milad günlərinin əvvəlində Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasları və MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək. Rusiya Azərbaycan prezidenti İlham Əliyevin MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcəyini gözləyir”, - Lavrov qeyd edib.

Ayşən