Üç yeniyetmə mühafizəçini döydü
    • 5-12-2023, 17:12
    • 275

Üç yeniyetmə mühafizəçini döydü

Novosibirskdə üç gənc mühafizəçiyə hücum edərək onu döyüb.

News24.az xəbər verir ki, bu barədə Ngs.ru məlumat yayıb.

KİV-in məlumatına görə, hadisə dekabrın 4-də Nemiroviç-Dançenko küçəsində baş verib. Üç gənc əvvəlcə  mühafizəçinin gözlərinə bankadan qaz vuraraq onu yerə yıxmağa çalışıblar. Sonra kürəyi əlindən alıb, kişini döyməyə başlayıb.

O, gənclərin əlindən xilas olmağa çalışsa da, sürüşüb, sonra iki yeniyetmə onu təpikləməyə başlayıb. Üçüncü hücumçu isə dostlarının hərəkətlərini lentə alıb. Video daha sonra sosial şəbəkələrdə yayılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nəzrin