Amerikalı seysmoloqlar rayonlarda 17 stansiyada texniki yenilənmə işləri aparıb - FOTO
    • 8-04-2019, 11:19
    • 686

Amerikalı seysmoloqlar rayonlarda 17 stansiyada texniki yenilənmə işləri aparıb - FOTO

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ Enerji Departamenti və Ukrayna Elm və Texnologiya Mərkəzinin  "Qafqaz Kəsilişi"  birgə layihəsi çərçivəsində işlər davam etdirilir.

Seysmoloji Mərkəzdən News24.az-a verilən məlumata görə, bu günlərdə  amerikalı seysmoloqlar- Missuri Universitetinin professoru Erik Sandvol və həmin universitetin elmi işçisi Utku Koçum Azərbaycana səfər edib. 

Hacıqabul, Neftçala, Göyçay, İsmayıllı, Quba və Qusar rayonlarında quraşdırılmış 17 stansiyada texniki yenilənmə işləri aparılıb və məlumatlar toplanmağa başlanılıb.

Qeyd edək ki, amerikalı seysmoloqların səfəri aprelin 17-nə qədər davam edəcək.