RSXM-nin baş direktoru Luciano Telesca ilə görüşüb
    • 18-04-2019, 12:25
    • 755

RSXM-nin baş direktoru Luciano Telesca ilə görüşüb

Azərbaycanda səfərdə olan İtaliya Milli Tədqiqat Şurasının üzvü, İtaliyanın Ətraf Mühitin Analizinin Metodologiyası İnstitutunun professoru Luciano Telesca AMEA-nın Yer Elmləri bölməsində bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov və  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüb.  

News24.az xəbər verir ki, görüşdə qonağa Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və alınmış nəticələr haqqında ətraflı məlumat verilib.
Luciano Telesca Azərbaycan seysmoloqlarının gördüyü işləri yüksək qiymətləndirərək, burda aparılan tədqiqatların maraq doğurduğunu qeyd edib.

Tərəflər arasında İtaliya və Azərbaycan arasında seysmologiya sahəsində ikitərəfli əməkdaşlıq və gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair də fikir mübadiləsi aparılıb.