Respublika  Seysmoloji Xidmət Mərkəzində “Açıq qapı” günü keçirilib - FOTO
    • 27-03-2019, 13:42
    • 814

Respublika Seysmoloji Xidmət Mərkəzində “Açıq qapı” günü keçirilib - FOTO

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 27 mart “Elm günü” münasibəti ilə “Açıq qapı” günü keçirilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən News24.az-a verilən məlumata görə, Azərbaycanda son 100 ildə aparılan seysmoloji tədqiqatlarda istifadə olunan cihazlar və aparılmış tədqiqatların nəticəsi ilk dəfə ictimaiyyət üçün nümayiş etdirilib. 

Tədbirdə AMEA rəhbərliyi, elmi İctimaiyyət nümayəndələri, ali məktəb tələbələri, orta məktəb şagirdləri və KİV təmsilçiləri iştirak ediblər. İştirakçılara sərgidə nümayiş etdirilən cihaz və avadanlıqlar və aparılan tədqiqatlar haqqında ətraflı məlumat verilib.