Ərdoğan ittihamlara cavab verdi:
    • 6-12-2023, 16:37
    • 104

Ərdoğan ittihamlara cavab verdi: "Türkiyənin Qəzzada belə planı yoxdur"

“Türkiyə Qəzzada müharibədən sonra bufer zona yaratmaq planlarının əleyhinədir, çünki bu, fələstinlilərə hörmətsizlik olardı”.

News24.az xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Qəzzanın idarəçiliyinə və müharibədən sonrakı gələcəyinə yalnız fələstinlilərin qərar verəcəyini bildirib. 

“Mən hətta bu (bufer zona) planını müzakirə etməyi fələstinli bacı və qardaşlarıma hörmətsizlik hesab edirəm. Bizim üçün bu, nəzərdən keçirilə və ya müzakirə oluna biləcək bir plan deyil”, - deyə Ərdoğan bildirib.

Ölkə başçısı İsraili işğal etdiyi əraziləri geri qaytarmağa və bu ərazilərdə yaşayış məskənlərinə son qoymağa çağıraraq deyib: “İsrail köçkün olaraq dünyaya satdığı terrorçuları bu evlərdən və bu torpaqlardan çıxarmalı və fələstinlilərlə necə dinc gələcək qura biləcəyini düşünməlidir".

Qeyd edək ki, bundan əvvəl “Reuters” İsrailin bufer zonası yaratmaq planlarını bir sıra ərəb dövlətləri və Türkiyəyə təhvil verdiyini bildirmişdi.

 Ayşən