Bakıda cibgirlik edən şəxs saxlanılıb
    • 8-04-2019, 11:51
    • 912

Bakıda cibgirlik edən şəxs saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.  
 
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Yevlax rayon sakini E.Qasımov avtobusda cibindən pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Bəşirov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.