Bakı metrosunda cibgirlik edən şəxs SAXLANILDI
    • 16-12-2019, 12:39
    • 730

Bakı metrosunda cibgirlik edən şəxs SAXLANILDI

Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 14-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Tovuz rayon sakini Ş.Məmmədova dekabrın 11-də metronun “Ulduz” stansiyasının platformasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.