Amerikalı müğənni Teylor Svift “İlin adamı” seçildi
    • 6-12-2023, 17:59
    • 115

Amerikalı müğənni Teylor Svift “İlin adamı” seçildi

Amerikalı müğənni Teylor Svift ABŞ-nin “Time” jurnalının versiyasına görə “İlin adamı” seçilib.

News24.az “Report”a istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"İlin adam"ı adına ümumilikdə doqquz namizəd irəli sürülüb. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniya kralı III Çarlz, “Barbi” filminin baş rol ifaçısı Marqo Robbi, Çin lideri Si Cinpin olub.

“Time” jurnalı 1927-ci ildən bəri hər il “İlin adamı”nı seçir - 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenski, bir il əvvəl isə İlon Mask seçilib.