Bakıda DƏHŞƏTLİ GECƏ
    • 7-12-2023, 07:20
    • 361

Bakıda DƏHŞƏTLİ GECƏ


Bakının Suraxanı rayonunda avtoyuma məntəqəsində yanğın olub.

News24.az APA-ya istinadən bildirir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, yanğın nəticəsində üç avtomobil yanıb. Yanğın zamanı "Mercedes Vito" tam, "Toyota Prius" və "Mercedes" markalı minik avtomobilləri isə qismən yanıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.