-
- 7-12-2023, 11:21
- 166
"Ukraynanı qorumaq üçün onu məhv etdik" - keçmiş deputatın ölümü
“Ukraynalı sabiq deputat İlya Kivanın aradan qaldırılması Ukrayna xüsusi xidmət orqanlarının işindən bir epizoddur. Ukrayna xalqını qorumaq üçün belə terrorçular məhv edilməlidir”.
News24.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun ehtiyatda olan polkovniki Roman bildirib.
“Kiva dinc ukraynalıları qətlə yetirən Rusiya hərbçiləri ilə birgə terror missiyasını yerinə yetirmiş terrorçu idi.Özünü qorumaq üçün belə terrorçular məhv edilməlidir. Kivanın məhvi Ukrayna xüsusi xidmət orqanlarının işidir. Ukraynanın keçmiş daxili işlər nazirinin müşaviri Arsen Avakovdan (erməni əsilli) tutmuş rus cinayətkarına qədər..”, - polkovnik vurğulayıb.
Qeyd edək ki, İlya Kiva Ukraynada “vətənə xəyanət”də ittiham olunurdu.
Ukrayna KİV-i bu ölkənin kəşfiyyatının (SBU) xüsusi əməliyyatı zamanı onun atıcı silahlarla məhv edildiyini yazıb. Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Andrey Yusov və Rusiya tərəfi də Kivanın məhv edildiyini təsdiqləyib.
Rusiya mediası isə Kivanın Moskva ətrafında ölü tapıldığını bildirib.
Ayşən