Telefonlarda Zəlzələ Xəbərdarlıq Sistemini necə aktiv etmək olar?
    • 7-12-2023, 11:29
    • 272

Telefonlarda Zəlzələ Xəbərdarlıq Sistemini necə aktiv etmək olar?

"Zəlzələ xəbərdarlığı sistemi yalnız Andiroid cihazlarda var. iOS üçün zəlzələ xəbərdarlığı sistemi hələlik yoxdur. Android Zəlzələ Xəbərdarlığı Sistemi Android smartfonunda olan “akselerometr” sensoru vasitəsi ilə titrəmələri aşkarlayır və ərazidəki digər Android istifadəçilərinə xəbərdarlıqlar göndərir. Bir növ Andiroid smartfonlar bütöv bir şəbəkə halında işləyir".

Bu barədə News24.az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev  deyib.

O bildirib ki, əgər daha çox smartfon bu titrəməni akselerometr sensoru ilə hiss edib, qəbul edirsə, müəyyən alqoritmaya əsasən zəlzələ ehtimalı olan bölgələrdə olan andiroid avadanlıqlara xəbərdarlıq-bildiriş göndərir.

"Bu bildiriş bəzən 8-10 saniyə əvvəl gəlsə də, bəzən zəlzələ anında vəya zəlzələ bitdikdən sonra da gəlməsi müşahidə oluna bilər. Zəlzələ olubsa və sizin smartfonda internet, eyni zamanda zəlzələ xəbərdarlığı funksiyası açıq olduğu halda bildiriş gəlməyibsə, bu sizin zəlzələ ocağına yaxınlığınızı göstərə bilər. Andiroid smartfonlarda zəlzələ xəbərdarlıq funksiyasını aktivləşdirmək üçün, aşağıdakı menu yolundan istifadə edə bilırsiniz.

Settings > Location > Location services > Earthquake alerts

Bilməyə ehtiyac var ki, google əsasən 4.5 bal gücündən yuxarı zəlzələlərdə BİLDİRİŞ göndərir".

Ayşən