"Blinken Bayramovla Mirzoyanı Vaşinqtonda gözləyir" - Brayn
    • 7-12-2023, 11:40
    • 169

"Blinken Bayramovla Mirzoyanı Vaşinqtonda gözləyir" - Brayn

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini sülh danışıqları üçün gözləyir.

News24.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Ceyms O Brayn Prezident İlham Əliyevlə görüşdən sonra “X” sosial şəbəkəsində yazıb.

“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim. Azərbaycan Prezidenti İlham Əliyevə dedim ki, ABŞ bu ölkənin Mərkəzi Bankının rəhbərinin və Azərbaycanın energetika nazirinin səfərlərini alqışlayır.

Bundan əlavə, dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Bayramov və Mirzoyanı tezliklə sülh danışıqları üçün Vaşinqtonda qəbul etməyə ümid edir”, - deyə o bildirib.

Diplomat xarici işlər naziri Ceyhun Bayramovla da yaxşı görüş keçirdiyini vurğulayıb: “Azərbaycan xarici işlər naziri ilə yaxşı görüşümüz oldu. İkitərəfli əməkdaşlığın dərinləşdirilməsinə və regionda sülhün, sabitliyin və rifahın dəstəklənməsinə yönəlmiş ideyaları bölüşdük”

Ayşən