Qəbirstanlıqdan 700 manatlıq dəmir çərçivə oğurladılar
    • 8-04-2019, 12:42
    • 1 079

Qəbirstanlıqdan 700 manatlıq dəmir çərçivə oğurladılar

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə ötən ilin oktyabr ayından cari il mart ayının 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.