Keçmiş məhkum ofisdən 1700 manat OĞURLADI
    • 27-08-2019, 11:40
    • 797

Keçmiş məhkum ofisdən 1700 manat OĞURLADI

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə avqustun 25-də Sarayevo küçəsindəki ofislərin birindən içərisində 1700 manat pul və sənəd olan pulqabının oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Əhmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.