-
- 7-12-2023, 13:27
- 345
Simonyan sülh müqaviləsinin imzalanacağı tarixi AÇIQLADI
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə toxunub.
News24.az-ın "Armenpress”ə istinadla xəbərinə görə, parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə Simonyan bildirib ki, saziş 5-10 gün ərzində bağlana bilər.
“Müqavilə 10 və ya 5 günə imzalana bilər. Biz indi altıncı təklifi göndərmişik, kifayət qədər iş görülüb. Əgər Azərbaycan tərəfi heç nəyi dəyişməsə, yeni təklif təqdim etməsə, təbii ki, bir neçə günə yekunlaşmaq olar”,- Simonyan bildirib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dekabrın 6-da Ermənistanın yeni təkliflər göndərdiyini deyib.
AYLİN