"Aramızda həlli olmayan problem yoxdur" - Ərdoğan
    • 7-12-2023, 18:26
    • 144

"Aramızda həlli olmayan problem yoxdur" - Ərdoğan

“Biz eyni mədəniyyəti və eyni iqlimi paylaşan ölkələrik. Fikir ayrılıqlarının olması təbiidir. Türkiyə və Yunanıstan olaraq atacağımız addımlarla bütün dünyaya nümunə olmaq istəyirik. Aramızda həlli olmayan problem yoxdur. Gəlin yalnız böyük şəklə diqqət yetirək. Dənizi keçib dərədə boğulanlardan olmayaq. Çox şadam ki, onlar da eyni fikirdədir”.

News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afinada Yunanıstan Baş naziri Kiriakos Mitsotakislə birgə mətbuat konfransında deyib.

“Sonuncu səfərim 2017-ci ildə olub. Bu, dövlət başçısı səviyyəsində ilk səfərdir. Yenidən Afinada olmaqdan çox məmnunam, növbəti görüş üçün bu qədər fasilə verməkdənsə, bu görüşü ildə bir dəfə keçirmək hər iki ölkə üçün faydalı olacaq. Faydalı müzakirələrimiz oldu. Atılacaq addımları müzakirə etdik. Yüksək səviyyəli təmaslar çərçivəsində dialoq kanalları açıq saxlanılmalıdır. Əməkdaşlıq mexanizminin müsbət gündəm əsasında inkişafa töhfə verdiyini vurğuladıq. Münasibətlərimizi ən yüksək səviyyədə inkişaf etdirmək iradəmizi diqqətə çatdırdıq”, - Türkiyə lideri bildirib.

Ölkə başçısı Yunanıstan baş naziri ilə görüşündə Egey və Aralıq dənizlərinə dair problemləri, ticarət əlaqələrini, Qəzza və digər məsələləri müzakirə etdiklərini açıqlayıb.

 

Ayşən