Belarus vətəndaşı Azərbaycan sərhədində öldü
    • 7-12-2023, 23:38
    • 221

Belarus vətəndaşı Azərbaycan sərhədində öldü


Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində ölüm hadisə qeydə alınıb.

News24.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Belarus Respublikasının vətandaşı, 1978-ci il təvəllüdlü Korziuk Ruslan idarə etdiyi iritonnalı yük maşını ilə Gürcüstan Respublikasından Azərbaycan ərazisinə keçdikdən sonra Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində sükan arxasında qəfildən halı pisləşib və dünyasını dəyişib.

İlkin müayinə zamanı R. Korziukun ürəktutmasından həyatını itirdiyi məlum olub.

45 yaşlı R. Korziukun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.