-
- 8-12-2023, 11:16
- 189
ABŞ-dan şok iddia: İran hücuma hazırlaşır
“ABŞ administrasiyası hesab edir ki, İran hakimiyyəti Yəmənin Ənsar Allah üsyançı hərəkatının (husilər) tərəfdarları tərəfindən İsrail və Qırmızı dənizdə gəmilərə pilotsuz təyyarə və raket hücumlarının planlaşdırılmasında və həyata keçirilməsində iştirak edir”.
News24.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin birinci müavini Conatan Fayner məlumat verib.
Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun rolu olmasaydı, husilərin silahı, kəşfiyyatı və motivasiyası olmazdı.
"Onlar bu hücumlarda iştirak edir, onları planlaşdırır və həyata keçirirlər. Onlar hücuma icazə verirlər və son nəticədə onları dəstəkləyirlər", - Ağ Ev sözçüsü bildirib.
İran hakimiyyəti isə onların bu zərbələrdə iştirakını inkar edir.
Ayşən