ABŞ İran gəmilərinə atəş açdı - GƏRGİNLİK
    • 28-04-2021, 09:40
    • 448

ABŞ İran gəmilərinə atəş açdı - GƏRGİNLİK

Amerika gəmiləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun gəmilərinə xəbərdarlıq atəşi açıb.

News24.az
RİA-ya istinadən xəbər verir ki, buna səbəb İran gəmilərinin onlara yaxınlaşması olub.

Pentaqondan bildirilib ki, İran gəmilərinə radio və səsgücləndirici vasitəsi ilə xəbərdarlıq edilsə də, bunun nəticəsi olmayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrindən bir neçə xəbərdarlıq atəşindən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun gəmilərinin təhlükəsiz məsafəyə çəkildiyi qeyd edilib.