İran Fars körfəzində hərbi təlimlərə başladı
    • 3-08-2023, 12:52
    • 217

İran Fars körfəzində hərbi təlimlərə başladı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri çərşənbə günü Fars körfəzində gözlənilməz hərbi təlimlərə başlayıb.

News24.az "Sputnik"-ə istinadla xəbər verir ki, təlimlər Əbu Musa, Naziat, Böyük Tunb və Kiçik Tunb adalarında keçirilib.

İran xəbər agentliyinin SEPA-ya istinadən verdiyi məlumata görə, hərbi dəniz təliminin məqsədi “İran Körfəzinin təhlükəsizliyini və İran adalarını qorumaqda SEPAH Hərbi Dəniz Qüvvələrinin qüdrətini, eləcə də döyüş və müdafiə hazırlığını nümayiş etdirməkdir”.

Təlimlər zamanı İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin müxtəlif bölmələrinin, o cümlədən piyada, dəniz qüvvələri, raket bölmələri, pilotsuz təyyarələr, çevik reaksiya bölmələri, elektron müharibə və aviasiya bir sıra hərbi taktikaların tətbiqi gözlənilirdi.

Aydan