Erməni bloger: Paşinyana və İlham Əliyevə minnətdaram
    • 8-12-2023, 11:33
    • 244

Erməni bloger: Paşinyana və İlham Əliyevə minnətdaram

"Mən Ermənistan Respublikasının Baş naziri cənab Nikol Paşinyana və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdaram. İki ölkə hökumətlərinin birgə bəyanatı sülhün tezliklə gələcəyini və qaçılmaz olduğunu göstərir. Və bu, hamımızın xəyal etdiyimiz sülh olacaq".

News24.az Bizim.Media-a istinadla xəbər verir ki, bunu özünün Facebook səhifəsində erməni bloger Natali Aleksanyan yazıb.

"İnsanların reaksiyalarını izləyirəm və deyə bilərəm ki, hamı xoşbəxtdir, istər erməni, istərsə də azərbaycanlı. Yalnız daşnaklar əsəbiləşirlər, amma eybi yoxdur, tezliklə daha da əsəbiləşəcəklər. Onların sonu gəldi. Qoy nərə çəksinlər, yaralı heyvan kimi ulasınlar. Növbəti məqsədimiz diplomatik əlaqələr qurmaqdır.

P.S. Həmişə yanımda olan, indi də dayanmadan təbrik edən erməni və azərbaycanlı dostlarıma da təşəkkür etmək istəyirəm. Mən sizi sevirəm", deyə o, qeyd edib.