Azərbaycanlı politoloqdan Paşinyana SƏRT CAVAB:
    • 9-06-2021, 12:20
    • 429

Azərbaycanlı politoloqdan Paşinyana SƏRT CAVAB: "Oğlun bizə lazım deyil, polkovniki göndər"

Azərbaycan Xarici İşlər Nazirliyi və ya Müdafiə Nazirliyinin mətbuat katibinin yerinə olsaydım, “oğlumu Azərbaycandakı əsirlərlə dəyirdirməyə hazıram” deməklə seçki öncəsi xal qazanmağa çalışan Nikol Paşinyana bir cümləlik bu cavabı göndərərdim: “Sənin müxtəlif məclislərdə kef çəkən oğlun bizə lazım deyil, göndərəcəksənsə, “Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşın mina basdırmışıq, yerlərini biliriəm” deyən erməni polkovniki Koryun Qumaşyanı bizə yolla...”.

Bunu News24.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Xatırladaq ki, ötən gün Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanda əsirlikdə olan erməni diversantların əvəzinə oğlu Aşotu Azərbaycan Prezidenti İlham Əliyevə təhvil verməyə hazır olduğunu bəyan edib.