"Növbədənkənar seçkiləri Zəfər seçkiləri də adlandırmaq mümkündür" - SPİKER
    • 8-12-2023, 11:40
    • 235

"Növbədənkənar seçkiləri Zəfər seçkiləri də adlandırmaq mümkündür" - SPİKER

Növbədənkənar seçkiləri Zəfər seçkiləri də adlandırmaq mümkündür.

News24.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova deyib.

"Ötən gün Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair sərəncam imzaladı. Bu seçkilər bölgəmizdə yaranan yeni reallıqların təzahürüdür. Ona görə də, bu seçkiləri heç şübhəsiz Zəfər Seçkiləri də adlandırmaq olar. Azərbaycan xalqının Ümummilli Liderinin ən böyük arzusu həyata keçirilib. Bu ilki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçiriləcək. Təməlini Ulu Öndərin qoymuş olduğu inkişaf strategiyası yeni çağırışlara uyğun davam etdirilir. Seçki Məcəlləsinə əsasən növbədənkənar seçkinin keçirilməsi zamanı əlavə prosedurlara heç bir ehtiyac yoxdur. Mən əminəm ki, Azərbaycan xalqı bu dəfə də Prezident İlham Əliyevin yanında olacaq, onu dəstəkləyəcək. Xalq bu dəfə də Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki quruculuq işlərini dəstəkləyəcək", - deyə o qeyd edib.

Fərid Azəri