-
- 1-12-2019, 18:13
- 1 902
Parlament seçkiləri 2020 fevralın 2-də KEÇİRİLƏCƏK
Sabah yeni-növbədənkənar parlament seçkiləri ilə bağlı Sərəncamın verilməsi nəzərdə tutulur.
News24.az xəbər verir ki, Milli Məclisin (MM) sabahkı toplantısından-dövlət başçısına yeni seçkilərin keçirilməsini nəzərdə tutan müraciətin ünvanlamasından sonra ölkə Prezidenti tərəfindən axşam saatlarında növbədənkənar seçkilərlə bağlı Sərəncamın verilməsi gözlənilir.
Əgər sabah Sərəncam verilərsə, seçki (səsvermə) günü gələn ilin fevral ayının 2-nə təyin ediləcək.
Belə ki, Sərəncam veriləcəyi təqdirdə, seçki prosesi dekabrın 4-dən başlayacaq və 60-gün ərzində- 2020-ci ilin fevralın 2-cən davam edəcək.
Fevralın 2-də isə seçki (səsvermə) keçiriləcək.
Adının çəkilməsini istəməyən mənbə də saytımıza açıqlamasında seçkilərin fevralın 2-nə təyin edilməsinin gözlənildiyini bildirib.
“Bizdə olan məlumata görə, seçkilər fevralın 2-də keçiriləcək. Çünki gecikmə üçün də elə bir səbəb yoxdur. Beləliklə seçkilər fevralın 2-də baş tutacaq və həmin gün 6-cı çağırış parlamentin üzvləri seçiləcək”-deyə, mənbə bildirib.
/Etiketxəbər/