Bank bu kimi layihələrin maliyyəşdirilməsinə 1 milyard manata yaxın vəsait ayırıb AÇIQLANDI
    • 8-12-2023, 11:48
    • 147

Bank bu kimi layihələrin maliyyəşdirilməsinə 1 milyard manata yaxın vəsait ayırıb AÇIQLANDI

Bu il Bankımız bir sıra dövlət və region əhəmiyyətli infrastruktur layihələrinin reallaşdırılmasında iştirak edib. 

News24.az xəbər verir ki, bunu “Kapital Bank”ın idarə heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bankın cari il və növbəti dövr üçün hesabatı zamanı deyib. 

Sədrin sözlərinə görə, “Kapital Bank” Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi ilə işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun qurulması və tarixi yolların bərpası layihələri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda şəhərlərin, kəndlərin bərpası, infrastrukturun qurulması, ərazilərin minalardan təmizlənməsi layihələrində iştirak edib. Ümumilikdə bu kimi layihələrin maliyyəşdirilməsinə bank 1 milyard manata yaxın vəsait ayırıb.

Qumral Əliyeva