-
- 9-12-2023, 13:58
- 212
"Bir çox kardioloji əməliyyatlar..." İnstitut direktorundan MÜHÜM AÇIQLAMA
“Bir çox kardioloji əməliyyatlar icbari tibbi sığorta paketinə daxil edilib”.
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova bildirib.
O əlavə edib ki, bura hətta daha çox maliyyə vəsaiti tələb edən cərrahi müdaxilələr də aiddir:
“Bu siyahıya sadəcə aortanın anevrizması daxil deyil. Yeni xidmətlər zərfindən sonra ürək köçürülməsi istisna olmaqla həm anadangəlmə, həm də qazanılmış ürək qüsurları, qapaq əməliyyatları, süni ürək cihazının taxılması kimi prosedurlar ödənişsiz olaraq həyata keçirilir. Haqqında bəhs etdiyim bu əməliyyatlar təkcə dövlətin səhiyyə müəssisələrində deyil, özəl xəstəxanalarda da çox uğurla həyata keçirilir”.
Fərid Azəri