Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
    • 9-12-2023, 23:12
    • 230

Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib


Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə Azərbaycan-Ermənistan normallaşma və sülh prosesini müzakirə edib.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

“Biz Türkiyə olaraq iki ölkə arasında sülh sazişini dəstəklədiyimizi və bunun reallaşması üçün hər cür səy göstərdiyimizi söylədik. Onlar da bu məsələdə həmfikirdirlər. Normallaşmanın olması bölgənin xeyrinədir. Biz bunun baş verəcəyini düşünürük", - deyə qeyd olunub.