Kim bu ideyanı daşımırsa, partiyadan getsin - Paşinyan
    • 10-12-2023, 08:25
    • 177

Kim bu ideyanı daşımırsa, partiyadan getsin - Paşinyan


Bizim missiyamız Ermənistanın müstəqilliyini, suverenliyini, dövlətçiliyini, demokratiyasını möhkəmləndirmək və ya Ermənistanı suveren, müstəqil, demokratik və azad hüquqi dövlətə çevirməkdir.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclası zamanı bildirib.

Paşinyan bu ideyanı dəstəkləməyən şəxslərin 2024-cü ildə partiyanı tərk edəcəklərini açıqlayıb:

“Biz istəyirik ki, partiyada nə üçün toplaşdığımızı aydın dərk edən belə insanlar qalsın. Bu ideyanı tam başa düşməyənlərə dostcasına, səmimi şəkildə, partiyanın inzibati rıçaqlarından istifadə etmədən, sadəcə olaraq, ərizə yazıb partiyadan çıxmalarını xahiş etməliyik”.