"Xarici qüvvələrin alətinə çevrilməməliyik, sülh bizə lazımdır" - erməni deputat
    • 11-12-2023, 14:48
    • 240

"Xarici qüvvələrin alətinə çevrilməməliyik, sülh bizə lazımdır" - erməni deputat

“Əgər biz Ermənistan Respublikasını uzun müddət gücləndirmək və burada uzun müddət dövlətçiliyə malik olmaq istəyiriksə, bu yol birbaşa qonşularımızla dialoqdan keçir. Sülh müqaviləsi bizə lazımdır. Fikrimcə, bu müqavilə burada uzunmüddətli sülh haqqındadır”.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Mülki müqavilə” partiyasından olan deputat Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.

“Müqavilə imzalandıqdan sonra mən Cənubi Qafqazda bütün səviyyələrdə inteqrasiya gətirəcək mühit və təkcə sülh deyil, həm də iqtisadi münasibətlərin inkişafı, rifah və həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini görürəm ”, - Papoyan bildirib.

Onun sözlərinə görə, Ermənistanda qisas əhval-ruhiyyəsini alovlandıracaq xarici qüvvələr meydana çıxa bilər: “Çünki onların Ermənistanın mövcud olmasına ehtiyacları yoxdur. Biz üçüncü ölkələrin əlində alətə çevrilməməliyik. Vətəndaşlarımız sülhə hazır olmalıdır”

“Azərbaycan sülhə hazırdırmı” sualına Papoyan belə cavab verib: “Əgər Azərbaycan tərəfi saziş bağlayırsa, deməli, hazırdır”.

Ayşən