-
- 13-04-2022, 17:00
- 647
"Ermənistanla kövrək də olsa, münasibətlər qurulur" - Millət vəkili
“Azərbaycan Qarabağ problemi yaranan gündən Ermənistanla normal münasibətlərin qurulması üçün çoxsaylı təkliflərlə çıxış edib. Bu, həm ulu öndər Heydər Əliyevin, həm də cənab İlham Əliyevin rəhbərlik etdiyi dövrdə olub. O təkliflərdə beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması, normal qonşuluq münasibətlərinin qurulması və problemin dinc yolla həll edilməsi məsələləri əksini tapıb. Təəssüf ki, Ermənistan bunlara getmədi. Sonda Azərbaycan problemi hərbi yolla həll etdi. Ermənistan Azərbaycanın torpaqlarını uzun müddət işğalda saxlasa da, biz bu gün də onlara normal qonşuluq münasibətləri təklif edirik”.
Bu fikirləri News24.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, hazırda Azərbaycanın irəli sürdüyü 5 prinsip artıq Ermənistan tərəfindən qəbul edilir. Bu üzdən də dünən Prezident Nazirlər Kabinetinin iclasında bildirib ki, Ermənistanla normal münasibətlər qurmaq mümkündür: “Sülh müqaviləsi üzrə hazırlıq gedir. Bu günlərdə ilk dəfə olaraq Azərbaycanın xarici işlər naziri Ermənistan XİN başçısı ilə danışdı. Artıq vasitəçi olmadan, xüsusi görüşlər təşkil edilmədən danışıqlar baş tutur. Bu özü göstərir ki, Azərbaycanla Ermənistan arasında kövrək də olsa, müəyyən münasibətlər qurulur. Düzdür, Ermənistanın nə dərəcədə sülh müqaviləsi bağlamağa hazır olduğunu, ölkəmizlə beynəlxalq hüquq normaları üzərində əlaqə qurmaq istədiyini gələcək göstərəcək. Amma bununla belə, sülh müqaviləsi bu gün hər iki tərəfə lazımdır. Bu, Ermənistan üçün ikiqat lazımdır. Çünki Ermənistan apardığı işğalçılıq siyasəti ilə özünü təcrid vəziyyətinə salmışdı. Əhlisi durmadan köçür. Müharibə Ermənistanın büdcəsinə böyük yük oldu. Əgər münasibətlər normal olarsa, Ermənistan bir çox problemlərini həll etmiş olar. Bu baxımdan danışıqlar gedir. Bu danışıqlar normal münasibətlərin qurulmasını, gələcəkdə isə artıq birgə layihələrdə iştirakı təmin etmiş olar. İndi söz Ermənistanındır. Azərbaycan öz təklifini verib. Ümid etmək istərdik ki, Ermənistanda sağlam düşüncə revanşizmdən üstün olacaq”.
Qumral Əliyeva
Foto: Nicat Niftəliyev