İranda həbsdə olan Avropa Birliyinin diplomatı ilə bağlı YENİ XƏBƏR
    • 11-12-2023, 19:33
    • 206

İranda həbsdə olan Avropa Birliyinin diplomatı ilə bağlı YENİ XƏBƏR

İki ilə yaxındır İranda həbs edilən 33 yaşlı isveçli Yuhan Floderusun məhkəməsi başlayıb.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

İsveç Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, İsveçin Tehrandakı səfiri məhkəmə iclasında iştirak etmək istəsə də, onu məhkəməyə buraxmayıblar.

İsveç Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İran hökumətindən Yuhan Floderosun məhkəmə prosesində iştirak etmək hüququnun təmin edilməsini tələb edir.

Bundan əvvəl yaydığı bəyanatda İsveç vətəndaşının ailəsi vurğulayıb ki, Floderus dil öyrənmək, tarixi yerləri araşdırmaq və İranda humanitar əməkdaşlıq layihələrini dəstəkləmək üçün Avropa Birliyi adından İran da daxil olmaqla, Yaxın Şərqin bir çox ölkəsinə səyahət edib.

İsveç vətəndaşı, 33 yaşlı Yuhan Floderus 2022-ci ilin yazında İrana səfər edib və həmin il aprel ayının 17-də, ölkəsinə qayıtmaq istədiyi zaman hava limanında təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Avropa Birliyinin diplomatı casusluqda ittiham edilir.

Yuhan Floderusun həbsinin İsveçdə həbsdə olan İranın keçmiş prokuror köməkçisi Həmid Nuri ilə dəyişdirilməsi məqsədi daşıdığı ehtimal edilir.

Nəzrin