Qızın lüt fotolarını atasına göndərən şəxs məhkəməyə çıxarılacaq
    • 9-04-2019, 10:44
    • 1 407

Qızın lüt fotolarını atasına göndərən şəxs məhkəməyə çıxarılacaq

Şirvanda gənc qızı şantaj edən şəxsin məhkəməsi başlayıb.

News24.az
-ın məlumatına görə Cinayət Məcəlləsinin 182.2.4-cü, yəni hədə qorxu yolu ilə xeyli miqdarda pul istəyən Sayılov Hüseyn Xələf oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə onun məhkəmə prosesi başlayacaq. Artıq Hüseynin şantajı ilə qarşılaşmış qız və atası zərərçəkmiş kimi tanınıb.

Qeyd edək ki, Hüseyn Sayılov Şirvanda gizli görüşdüyü qızı sonradan şantaj edib pul tələb edib. O, daha çox pul qoparmaq üçün sonra fotoları qızın atasına göndərərək kişidən 3 min manat istəyib.

Keçirilən əməliyyat nəticəsində ata və qızına hədə-qorxu gələrək pul tələb edən şəxs tutulub.

Taleh BAĞIROV