-
- 22-06-2019, 10:30
- 2 356
Bakıda müğənninin şok cinayəti üzə çıxdı – Hədə-qorxu gəlib dəfələrlə pul aldı
Bakıda vətəndaşları şantaj edərək pul alan şəxsin məhkəməsi başlayır.
News24.az-ın məlumatına görə, Məmmədov Səfa Şəfa oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci, yəni hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə maddəsi ilə açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Azad Məcidovun icraatına verilib. Hazırlıq iclası iyunun 28-nə təyin edilib.
Qeyd edək ki, Səfa Məmmədovun əməllərindən zərər çəkən B.Yusifov və G.Qasımoa zərərçəkən şəxs qismində tanınıb. Müğənni kimi fəaliyyət göstərmiş və əvvəllər də məhkumluğu olan Səfa Məmmədov kişi ilə qadını dəfələrlə təhdid edərək xeyli pullarını alıb.