"Qəzza müharibədən sonra İsrail ordusunun nəzarətində olacaq" - Netanyahu
    • 12-12-2023, 18:13
    • 173

"Qəzza müharibədən sonra İsrail ordusunun nəzarətində olacaq" - Netanyahu

"Qəzza zolağı müharibədən sonra İsrail ordusunun nəzarətində olacaq". 

News24.az  xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Zolaq İsrail ordusunun nəzarəti altında olacaq. Müharibədən sonra Qəzzada mülki administrasiya fəaliyyət göstərəcək və zolaq körfəz dövlətlərinin rəhbərliyi altında bərpa ediləcək. Beynəlxalq təzyiqlərə boyun əyməyəcəyik”, - İsrail rəhbəri bildirib.

Ayşən