"Sumqayıt" bu gün "Kəpəz"in qonağı olacaq

"Sumqayıt" bu gün "Kəpəz"in qonağı olacaq İdman

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

News24.az xəbər verir ki, günün yeganə matçında "Kəpəz" "Sumqayıt"la üz-üzə gələcək.

Tovuz şəhər stadionunda reallaşacaq qarşılaşma saat 15:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi 23 xalla 4-cü, Gəncə klubu 13 xalla 9-cu pillədə qərarlaşıb.


Azərbaycan Premyer Liqası

XVII tur

15:30: "Kəpəz" - "Sumqayıt"

Qeyd edək ki, XVII turun digər matçları 15, 16 və 18 dekabrda gerçəkləşəcək.