“Simpsonlar”dakı bu səhnə müzakirələrə SƏBƏB OLDU
    • 14-12-2023, 19:31
    • 226

“Simpsonlar”dakı bu səhnə müzakirələrə SƏBƏB OLDU

Son zamanlar dünyada ən çox danışılan mövzulardan biri 2024-cü ildə baş verə biləcək Günəş fırtınalarıdır. Alimlər xəbərdarlıq ediblər ki, nadir Günəş fırtınaları güclü maqnit pozuntularına səbəb olacaq və bütün dünyada həftələrlə elektrik və internet kəsilə bilər.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, 1989-cu ildən ABŞ-da yayıma başlayan "Simpson"lar cizgi serialında da bu məsələyə toxunulub.

Belə ki, "Simpson"lar filminin son seriyasındakı səhnələrdən birində ani partlayış baş verir və bütün elektron cihazlar yararsız hala düşür.

Qeyd edək ki, bu yaxınlarda Böyük Britaniya baş nazirinin müavini Oliver Dauden ölkə vətəndaşlarını fəlakətin rəqəmsal cihazları sıradan çıxaracağı təqdirdə şam və batareya ilə işləyən radio ehtiyatı toplamağa çağırıb.

2019-cu ildə ABŞ-ın Okean və Atmosfer Araşdırmaları Milli İdarəsinin (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) Günəş fırtınaları üçün ilkin proqnozlar verib. Proqnozlara görə, Günəş fırtınasının 2024-cü ilin dekabrından 2026-cı ilin martına qədər baş verəcəyi gözlənilir.