Bakıda 2 maşın toqquşub, xəsarət alan var
    • 14-12-2023, 23:21
    • 259

Bakıda 2 maşın toqquşub, xəsarət alan var


Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“BMW” markalı maşını idarə edən şəxs yol ayrıcından geriyə dönərkən “Honda” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşınını “BMW” markalı avtomobilə çırpıb. Qəza zamanı “BMW” yol ayrıcı betona çırpılaraq dayanıb. “Honda”nın sürücüsü hadisə yerindən yayınıb. Məlum olub ki, “Honda” markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Fakt üzrə əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü axtarışdadır.