Qar adamını oğurladı - həbs edildi
    • 14-12-2023, 23:44
    • 283

Qar adamını oğurladı - həbs edildi


Voronejdə qar adamını oğurlayıb meşəyə atan şəxsə həbs cəzası verilib.

News24.az lent.az-a istinadən bildirir ki, məhkəmə 28 yaşlı rusiyalını qar adamını oğurlamaqda təqsirli bilib və onu 1 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə o, sürücülük hüququndan 4 il müddətinə məhrum edilib.