-
- 15-04-2023, 12:14
- 357
1 litr araq içib sükan arxasına oturan sürücü həbs edildi
Ötən il 1 noyabr tarixində Yevlax rayonunun Malbinəsi kəndi ərazisində dəhşətli yol qəzası törədən 42 yaşlı Samir Səfərov həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, sərxoş halda “Nissan Maxima” markalı avtomobili yüksək sürətlə idarə edərkən 34 yaşlı Məhərrəmov Pərvin Çərkəz oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobili vuran şəxsin məhkəmə prosesi başa çatıb. Şəki Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş halda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirləndirilən şəxsə hökm oxunub.
Ona 3 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 6 il həbs cəzası verilib. Hökm aprelin 11-də elan edilib və S.Səfərov məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, hadisə nəticəsində “VAZ-2106”nın sərnişini, 56 yaşlı Məhərrəmova Həqiqət Qanboy qızı yerindəcə keçinib.
Avtomobildə olan sərnişinlər - 53 yaşlı Cabbarov Nizami Alıkişi oğlu, 51 yaşlı Əlizadə Nəzakət Qanboy qızı və hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İstintaq vaxtı S.Səfərov sərxoş halda olmasını etiraf edib. O, qəzadan əvvəl 2 dəfəyə olmaqla 0,5 və 0,7 litr arağı qohumu ilə birgə içdiyini və daha sonra içkili vəziyyətdə sükan arxasına oturduğunu deyib.