Gündəm olan gömrük videosu Ermənistanda çəkilibmiş - VİDEO
    • 9-04-2019, 16:28
    • 1 036

Gündəm olan gömrük videosu Ermənistanda çəkilibmiş - VİDEO

Stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin sosial şəbəkələrdə yayımlanan videosunun Ermənistanda çəkildiyi məlum olub. 

News24.az
“Sputnik Ermənistan”a istinad'n bildirir ki, hadisə Ermənistanın Baqrataşen keçid məntəqəsində baş verib. 
İlkin ehtimallara görə, həmin şəxs sərhədi ilk dəfə keçdiyi üçün qaydalardan xəbərsiz olub. Erməni sərhədçilər isə naşı şəxsin bu hərəkətini lağa qoyublar. 

Xatırladaq ki, bəzi sosial şəbəkə istifadəçiləri videonun Azərbaycandakı keçid məntəqələrindən birində çəkildiyini iddia edirdilər. Ancaq Dövlət Gömrük Komitəsi bu gün verdiyi açıqlamada bu məlumatları təkzib edib.