Küveytin yeni əmiri elan olundu
    • 16-12-2023, 17:30
    • 269

Küveytin yeni əmiri elan olundu

Küveytin vəliəhdi Şeyx Maşaal əl-Əhməd əs-Sabah yeni əmir elan edilib.

News24.az xəbər verir ki, bu barədə Küveytin dövlət televiziyası məlumat yayıb.

Onun 83 yaşı var.

Qeyd edək ki, bu gün Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib. Küveytin keçmiş vəliəhd şahzadəsi Şeyx Nəvaf 3 il öncə 91 yaşında vəfat edən ögey qardaşı Şeyx Səbah Əl-Əhməd Əs-Sabahın yerinə keçmişdi.